95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906
» Redaksiya şurası

Redaksiya şurası

Jurnalın beynəlxalq redaksiya Şurası

Prof.Dr. Hüseyn Əhmədov
Azərbaycan, Bakı,  Azərbaycan pedaqoq alimi, pedaqoji elmləri doktoru, professor. 
Əhmədov Hüseyn Mustafa oğlu 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanda anadan olmuşdur. 1943-cü ildə müəllimlik fəaliyyətinə başlamış, 1947-ci ildə Kirovabad (indiki Gəncə) şəhərindəki K.Setkin adına Pedaqoji Texnikumunu  "əla" qiymətlərlə bitirərək H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun tarix fakultəsinə daxil olur və 1951-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırır. 1952-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasına qəbul olunur, 1956-cı ildə İnstitutun Komsomol Komitəsinin I katibi seçilir.  1958-ci ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edir. 1977-ci ildən professordur. 35 il fasiləsiz olaraq APİ-nin (ADPU) Ümumi pedaqogika kafedrasına rəhbərlik etmiş, 700-dək elmi-pedaqoji əsərin müəllifidir. Seçilmiş əsərlərinin 30 cildliyi Azərbaycan və rus dillərində nəşr edilmişdir. 60 nəfərədək elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.
1981-ci ildə “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” fəxri ada layiq görülmüş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə isə Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilir. 2007-ci ildən Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsüdür. Müharibə və əmək veteranıdır. Orden və medallarla təltif edilib. 

Prof.Dr. Vaqif Deyruşeviç Bayramov
Moskva Beynəlxalq Humanitar İqtisad Universitetinin rektoru, Moskva, Rusiya Federasiyası
Bayramov Vaqif Deyruş oğlu 1957-ci il yanvarın 28-də Tbilisi şəhərində anadan olub. 1986-cı ildə Moskva Metallurgiya İnstitutunu “metallurgiya sobalarının istilik texnikası və avtomatlaşdırılması” ixtisası üzrə, 2002-ci ildə A.S.Puşkin adına Leninqrad Dövlət Vilayət Universitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin dissertasiya şurası 2003-cü ilin may ayında V.Bayramova siyasi elmlər namizədi elmi dərəcəsi verib. O, 2004-cü ildən Moskva Dövlət Humanitar-İqtisad İnstitutunda (2014-cü ildən Moskva Dövlət Humanitar-İqtisad Universiteti) əvvəlcə dekan, sonra institutun birinci prorektoru vəzifəsində çalışıb. 2006-cı ildən həmin institutun rektorudur. 2009-cu ilin aprel ayında sosiologiya elmləri doktoru elmi dərəcəsini, 2010-cu ildə isə professor elmi adını alıb.  2009-cu ildə Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutu və Sosial-Siyasi Tədqiqatlar İnstitutu tərəfindən sosioloji elmlərin inkişafı sahəsində nailiyyətlərinə görə Pitirim Sorokin adına Gümüş medalla təltif olunub. 2010-cu ildə Beynəlxalq İnformasiya, İnformasiya Prosesləri və Texnologiyaları Elmləri Akademiyasının akademiki seçilib. 2013-cü ildə V.Bayramov əldə etdiyi əmək nailiyyətlərinə və çoxillik vicdanlı işinə görə II dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni ilə təltif olunub.

Prof.Dr. Məsud Əfəndiyev
Helmholtz Zentrum München Beynəlxalq akademiyası, Almaniya.
Əfəndiyev Məsud Arif oğlu 1953-cü iloktyabrın 21-də Azərbaycan Respublikasının Zaqatala rayonunda qulluqçu ailəsində anadan olub. 1970-ci ildəAzərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildən Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. 2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Science - JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.  10 aparıcı Beynəlxalq jurnallarının redaksiya şuralarının üzvü olmaqla bərabər, International Journal of  Biomathematics and Biostatistics jurnalın baş redaktoru və Yaponiya, Almaniya, ABŞ və İsveçrədə nəşr olunan beş monoqrafiya müəllifidir. Beynəlxalq aləmdə tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində "Helmholtz” Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.

Prof.Dr. Aleksi Ququşvili
Oksfor Universiteti müəllim, təhsil tədqiqatçısı, Qafqazda təhsil məsələləri üzrə beynəlxalq ekspert, Web of Science platformasında Cənubi Qafazda təhsil məsələləri və inkişafı ilə bağlı onlarla məqalələrin müəlifi. Birləşmiş Krallıq. Oksford ş.

Prof.Dr. İsa Həbibbəyli 
Prof.Dr. İsa Həbibbəyli 
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse preizenti. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü. Azərbaycan, Bakı ş.
İsa Həbibbəyli Əkbər oğlu – 16 oktyabr 1949-cu ildə  Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA - nın  vitse-prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.

Prof.Dr. Cəfər Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru.Azərbaycan, Bakı ş.
Cəfərov Cəfər Məmməd oğlu 21 aprel 1960 - cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. O, 1977-ci ildə Bakı şəhərində orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980-1983-cü illərdə təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nin Tarix fakültəsinin aspiranturasına daxil olmuşdur. O, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada təhsil alan  “Azərbaycan Tələbə və Aspirantları Şurası”nın sədr müavini olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professorudur.

Prof.Dr. Səlahəddin Xəlilov
Azərbaycan Fəlsəfə Assosiasiyasının qurucusu və sədri. Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. Türkiyə, İstanbul ş.
Xəlilov Səlahəddin Sədrəddin oğlu 22 fevral 1952-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalında anadan olmuşdur. O, 1968-ci ildə orta məktəbi qızıl medalla bitirmiş və  BDU-nin fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. “Fəlsəfə və Sosial-siyasi elmlər” jurnalının baş redaktoru, Fəlsəfə elmləri doktoru, professor və AMEA-nın müxbir üzvüdür. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir. Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur. 

Prof.Dr. Anna Kırvalidze
Ilia Dövlət Universiteti, təhsil tədqiqatçısı, pedaqoji elmlər doktoru, Gürcüstan, Tbilisi

Prof. Dr. İlham Məmmədzadə
Azərbaycan Milli Elmlər Akademiyası. Fəlsəfə İnstitutu direktoru, fəlsəfə elmləri doktoru.
Məmmədzadə İlham Ramiz oğlu  7 dekabr 1953- cü  ildə Azerbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. O, 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1980-ci ildə Moskva şəhərində fəlsəfə üzrə  doktor, 1990-cı ildə isə fəlsəfə üzrə elmlər doktoru, alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1975-ci ildən AMEA – nın  Fəlsəfə İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış, şöbə müdiri və İnstitutun direktoru vəzifəsinədək yüksəlmişdir. Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın Fəlsəfə İnstitutunun direktorudur.

Prof.Dr. Mocerino Mauro 
Curtin University doktoru. Avstraliya, Sidney ş.
Mauro Moçerino, Curtin Universitetində Kimya fakültəsinin aspirantura pilləsinin dosent və koordinatorudur. Universitetdə müasir kimya proqramının inkişaf etdirilməsinə və tətbiqinə nəzarət edən Kimya Tədqiqatları İnstitutunun direktoru olub. Təhsilə gətirdiyi yeniliklərə və verdiyi töhfələrə görə çox sayda mükafatlara layiq görülmüşdür. Son beş il ərzində 3 kitab, 3 kitab fəsli, 20 jurnal məqaləsi yazmışdır, habelə iki plenar mühazirə də daxil olmaqla çoxsaylı konfrans təqdimatının müəllifidir.

Prof.Dr. Ryabova Tatiana 
Rusiya Dövlət Sosial Universiteti, Rusiya Federasiyası, Moskva

Prof.Dr. Shevchenko Natalya 
Volqoqrad Dövlət Universiteti, Volqoqrad, Rusiya Federasiyası

Dr. Əbülfəz Süleymanov
Üsküdar Universiteti, Türkiyə Cümhuriyyəti, Üsküdar ş.
Süleymanov Əbülfəz Davud oğlu 17 yanvar 1975-ci ildə Azərbaycan Respublikasının  Ucar rayonunda anadan olmuşdur. O, 1991-ci  ildə Ucar şəhərində orta məktəbi bitirdikdən sonra dövlət xətti ilə Türkiyənin İstanbul Universitetinin sosiologiya bölməsinə qəbul olmuşdur. 1995-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə tamamlayaraq İstanbul Universitetinin Sosial Elmlər İnstitutu sosiologiya ixtisasi üzrə magistraturaya qəbul olmuş və 1998-ci ildə “Azərbaycanın Orta Məktəblərində Tarix Tədrisində Sovet İdeologiyasının Təsiri (1980-1991)” mövzusunda elmi işini müdafiə edərək magistr dərəcəsini qazanmışdır. 1998-ci ildə İstanbul Universiteti Sosial Elmlər İnstitutunun sosiologiya ixtisası üzrə doktoranturasına qəbul olmuş və 2003-cü ildə “Azərbaycanın Yaxın Tarixində Milli Kimlik Axtarışları” mövzusunda dissertasiya işini müdafiə edərək sosiologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Sosiologiya elmləri doktoru, professor, Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdirdir.

Prof.Dr. Taylor Amanda 
London Milli Təhsil Tədqiqatları Fondu, London, Birləşmiş Krallıq

Prof.Dr. Vasilenko Tatiana 
Moscow State Pedagogical University, Moscow 
Vasilenko Tatyana Vladimirovna Filologiya elmləri namizədi, Jurnalistika və Media Tədris bölməsinin dosentidir. Stilistika və ədəbiyyatın redaktə edilməsi, mətbuatın dil və üslubu, kütləvi kommunikasiyaların tərtib edilməsi, yaradıcılıq imtahanına hazırlıq kursları üzrə fəaliyyət göstərir.  1994 -cü ildə M.V. Lomonosov adına Pomor Dövlət Universitetinin Rus dili və ədəbiyyatı ixtisası üzrə təhsilini bitirmişdir. 1999-cu ildə N.K. Krupskaya adına Moskva Pedaqoji Universitetində rus dili üzrə dissertasiya müdafiə etmişdir. 1994-2005-ci illərdə PDU-nun Humanitar elmləri fakültəsində müəllim vəzifəsində çalışıb. 2003-2005-ci illərdə Arxangelsk Regional Məhkəməsində, məhkəmə qərarlarının üslub analizi və hakimlər üçün cümlələrin dili mövzusunda dərslər keçib. 2005-2008-ci illərdə Moskva Ostankino Televiziya və Radio İnstitutunda dərs deyib. 2006-cı ildən bəri M.A. Şoloxov adına MDU-nun Jurnalistika şöbəsinin müəllimi kimi işləyir. 

Prof.Dr. İrfan Erdoğan
İstanbul Universiteti doktory, Türkiyə Cümhuryyəti, İstanul ş.
Prof.Dr. İrfan Ərdoğan Təhsilini Qazi Universitetinin Təlim-tədris fakültəsində alan İrfan Ərdoğan, magistr və doktorluq dərəcəsini ABŞ-da Kolumbiya Universitetində alır. 1992-ci ilin sonunda Türkiyəyə qayır və İstanbul Universitetində işə başlayır. "Yeni Yüzyıl" və müxtəlif jurnallarda təhsil haqqında yazılar yazmışdır. Universitetdə çalışdığı müddətdə, 12 May 2006-cı ildə Təhsil Şurasının sədri təyin edilir. İyirmi birinci başçı vəzifəsində olduğu müddətdə təhsil haqqında xəyal etdiyi bir çox işə imza atır. Peşə Təhsilinin İnkişaf Layihəsi, Sosial Elmlər Liseyi proqramlarının inkişaf etdirilməsi, orta təhsildən keçid sistemi (SBS), orta təhsildə fizika, kimya, biologiya, xarici dil və tarix proqramlarının yenilənməsi, muzeylərin və qəzetlərin təhsildə istifadə edilməsi, müəllimlərə aid dərsliklərin işlənməsi, 100 ballıq sistemə keçid və s. bu kimi işlərdə uğurlu nəaliyyətlər əldə etmişdir. Hal-hazırda İstanbul Universitetində bir müəllim kimi çalışır, çox sayda məqalə və kitab müəllifidir. Təhsil sahəsində milli və beynəlxalq miqyasda inkişaf sistemini araşdıran, davamlı izləyən İrfan Ərdoğan, proqnozlarını, analizlərini və gəldiyi nəticələri, universitetdə mühazirələrdə, panel və konfranslarda paylaşmağa davam edir. 

Leyla İsmayılova 
Çikaqo Universiteti professoru, ABŞ, Çikaqo ş.

Valeriy Kiriçuk 
Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası, Ukrayna, Kiyev ş. 
Partnyorlar