95 il
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
DOI: 10.32906
» Jurnal haqqında

Jurnal haqqında


"AZƏRBAYCAN MƏKTƏBİ"

"Azerbaijan Journal of Educational Studies"

"Азербайджанская школа"

1924-cü ildən nəşr olunan «Azər­baycan məktəbi» pedaqoji mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab edilir. Jurnal 95 il müddətində təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynayıb. Jurnalda elmi ictimaiyyət nümayəndələrinin, pedaqoqların, psixoloqların təhsilin aktual problemləri, fəlsəfəsi, tarixi ilə bağlı məqalələri dərc olunub. 
2018-ci ildən Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun göstərişi əsasında jurnalda islahatlara start verilib. Jurnalın dizaynı, məqalələrin hazırlanması və nəşri prosesi dünyanın nüfuzlu təhsil jurnalların tətbiq etdiyi standartlara uyğunlaşdırılıb, Azərbaycan və ingilis dillərində veb saytı yaradılıb. Saytda 1924-cü ildən nəşr olunan nüsxələrin elekton bazası arxivləşdirilib. Hazırda ResearchGate, Index Copernicus, Google Scholar, CiteFactor, DOAJ, DRJİ, Idealonline, EBSCO, COPE indekslərinə sahib jurnalın yaxın gələcək üçün hədəfi nüfuzlu elmi bazaların - SCOPUS, Web of Science-in istinad bazasına düşməkdir. Bunu üçün ən müasir standartların tətbiqinə doğru istiqamətlənən “Azərbaycan məktəbi” akademik jurnalı təhsilimizin aktual problemlərinə, qabaqcıl təcrübənin öyrənilməsinə, təhsilinin dünyada qəbul olunmuş nəzəri və konseptual məsələlərinə aid məqalələrin nəşrini planlaşdırır.
"Azərbaycan məktəbi" beynəlxalq jurnal kimi "Azerbaijan Journal of Educational Studies" adı ilə tanınır və dünyanın müxtəlif ölkələrindən elmi məqalələrin qəbulunu və nəşrini həyata keçirir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasındadır.
 

© 2018 Azerbaijan Journal of Educational Studies, Baku, Azerbaijan.


Partnyorlar