The scientific and practical importance of teaching STEM lessons in the secondary schools // Liseylərdə STEM dərslərin tədris olunmasının elmi və praktik əhəmiyyəti

Liseylərdə STEM dərslərin tədris olunmasının elmi və praktik əhəmiyyəti
Qalib Şərifov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti. Azərbaycan, Bakı.
E-mail: galib_sharifov@mail.ru
Annotasiya. Məlumdur ki, yaşadığımız XXI əsr texnologiyalar əsridir. Bu əsrin xüsusiliyi mürəkkəb problemlərin sinergetik yanaşma metodu ilə həll edilməsindən ibarətdir. Həmin yanaşma metodlarından biri də STEM proqramıdır. Bu proqram üzrə keçirilən dərsdə şagirdlərin fizika, kimya, biologiya, riyaziyyat, texnologiya, mühəndislik üzrə bilik və bacarıqlarının eyni zamanda əldə edilməsi mümkündür. Bu tip dərslər xarici ölkələrin təhsil sistemində uğurla həyata keçirilir. STEM proqramı üzrə təhsil alan universitet məzunları STEM peşələrinə yiyələnir. Məqalədə STEM proqramının üstünlüyündən, onun liseylərdə tətbiqinin vacibliyindən və bu proqramın tədrisinin mərhələlərindən bəhs edilir. Göstərilir ki, lisey şagirdləri müəyyən elmi potensiala və məntiqi baxımdan hərtərəfli düşünmə qabiliyyətinə malikdir. Ona görə də liseylərdə STEM dərslərin keçirilməsi daha çox məqsədəuyğundur. Bu zaman lisey şagirdləri 2 və ya 3 elmə aid bilikləri eyni zamanda və kompleks şəkildə əldə edə bilər. STEM proqramı ilə keçirilən dərslər zamanı şagirdlər hər hansı tapşırıqları hazırlayarkən həmin tapşırıqların həllinə sinergetik yanaşaraq bilik, bacarıq və təfəkkürün bütün formalarını dərindən inkişaf etdirirlər. Müəyyən olunmuşdur ki, liseylərdə tətbiq olunan STEM dərslər şagirdlərdə özünütəşkil prinsiplərini aşılayaraq düşdüyü çoxvariantlı vəziyyətlərdə düzgün mülahizə yürütmək bacarığını inkişaf etdirir. Bu məqalədə STEM dərslərinin tədrisi mərhələləri, bu mərhələlərdə müəllimin tutacağı mövqe və STEM proqramı ilə keçirilən dərs  nümunələri pedaqoji baxımdan ətraflı təhlil olunmuşdur.
Açar sözlər: STEM, sinergetik yanaşma, fəal dərs, lisey.
DOI: 10.32906/AJES/683.2018.02.14
Məqaləyə istinad: Şərifov Q. (2018) Liseylərdə STEM dərslərin tədris olunmasının elmi və praktik əhəmiyyəti. «Azərbaycan məktəbi». № 3 (684), səh. 9–18
Məqalə tarixçəsi 
Göndərilib: 14.09.2018; Qəbul edilib: 16.10.2018


 The scientific and practical importance of teaching STEM lessons in the secondary schools
Galib Sharifov
Associate Professor of Azerbaijan State Pedagogical University. Azerbaijan, Baku.
E-mail: galib_sharifov@mail.ru
Abstract. It is known that the 21st century is a century of technology. The peculiarity of this century is the solution of complex problems through the synergetic approach method. One of the approaches is the STEM program. The STEM program covers the acquisition of students' knowledge and skills on physics, chemistry, biology, mathematics, technology and engineering at the same time. These classes are successfully implemented in the foreign educational system. Graduates of the University education system of which based STEM program receive STEM professions. These professions are considered to be the most profitable profession in the world and the preparing of STEM specialized persons is one of the most important goals of world education systems. The article deals with the advantages of the STEM program, the importance of its application in lyceums, and the stages of teaching this program. It is shown that pupils in lyceum have a certain ability to think critically and logically. From this point of view STEM classes in lyceums are more appropriate. So, pupils in lyceums can acquire 2 or 3 science knowledge in complex at the same time. During STEM classes, pupils using synergistic approach to the solution of the tasks and they develop deeply their knowledge, skills and all the forms of their thinking. It has been established that the STEM lessons used in lyceum develop pupils’ ability to correctly interpret the issue in multivariate situations by instilling self-discipline in them. In this article the stages of STEM lessons, the position of the teacher in these stages are explained in detail, and the examples of STEM lessons have been thoroughly analyzed from the pedagogical point of view.
Keywords: STEM, synergistic approach, active lesson, lyceum.
DOI: 10.32906/AJES/683.2018.02.14
To cite this article: 
Sharifov G. (2018) The scientific and practical importance of teaching STEM lessons in the secondary schools. Azerbaijan Journal of Educational Studies. Vol. 684, Issue III, pp. 9–18
Article history 
Received: 14.09.2018; Accepted: 16.10.2018
Back to Top