International Scientific Conference - Baku, 2019, 4,5 April

         












    “Təhsil: klassik və müasir yanaşmalar”                        
       mövzusunda   beynəlxalq konfrans


        Bakı Dövlət Universitetinin (Azərbaycan, Bakı) Sosial elmlər və psixologiya fakültəsinin   Pedaqogika kafedrası, Karlova Universitetinin (Çexiya, Praqa) Pedaqoji fakültəsi və Komenski adına muzey və kitabxana 4-5 aprel tarixlərində 2019-cu il tarixində  böyük çex mütəfəkkiri, pedaqoqu Yan Amos Komenskiyə həsr edilmiş  “Təhsil: klassik və müasir yanaşmalar”  mövzusunda   beynəlxalq konfrans keçirməyi nəzərdə tutur. Konfrans Bakı şəhərində (Azərbaycan Respublikası) keçiriləcəkdir.
        Dünya təhsil tarixində təlimin təşkili istiqamətində zəngin təcrübə toplanmış,  müxtəlif konsepsiyalar  irəli sürülmüşdür.  Lakin bu konsepsiyalar sistemli xarakter daşımadığı üçün vətəndaşlıq hüququ qazana bilməmişdir. İlk sistemli təhsil konsepsiyası Yan Amos Komenski tərəfindən hazırlanmışdır. Uzun illər ərzində bir çox dünya ölkələrində təhsil bu konsepsiyaya əsaslanmışdı.
XX əsrdə J.Piajenin, L.S.Vıqotskinin,  A.Maslounun və başqalarının apardığı tədqiqatların nəticəsində intellektin inkişaf modeli kəşf edildi; biliyin yeni nəslə ötürülməsi intellektin inkişafı üçün bir vasitə kimi mənalandırılmağa başlandı.  Blumun təlim məqsədləri taksonomiyası əsrin təlim konsepsiyasına çevrildi,  Təhsilin məzmununda psixoloji  tədqiqatların çəkisi artdı. Gilfordun, Edvard de Bononun və b. tədqiqatları bu konsepsiyanın məzmun etibarı ilə daha da inkişaf etməsinə təkan verdi. Nəticədə pedaqoji prosesdə yeni meyllər yarandı. Şagirdin bir şəxsiyyət kimi for­ma­laş­maşı, təfəkkürün və təxəyyülün inkişafı, istedadının üzə çıxarılması, istedadlı şagirdlərin təhsilinin təşkili, geridə qalan şagirdlərlə iş və s. önəmli mə­sələ kimi meydana çıxdı. 
Müasir dövrdə didaktika məktəb həyatında yaranan bu   problemləri necə həll edir? Fənlərin tədrisi bu problemlərin həlli üçün hansı yeniliklərə imza atmalıdır? Kompyuter texnologiyasının vüsətli inkişafı prosesində təfəkkür və təxəyyülün inkişafı necə həyata kecirilməlidir? Məktəb öz fəaliyyətində müasir təhsil konsepsiyaları baxımından hansı dəyişikliklər etməlidir?  
         Konfransın keçirilməsində məqsəd didaktika sahəsində müasir meylləri və innovasiyaları nəzərdən keçirmək, onların inkişaf perspektivlərini axtarmaq, mübahisəli problemləri müzakirə etmək və onların həlli yollarını axtarmaqdan ibarətdir.
Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr nəzərdə tutulur:
  Təhsilin inkişaf tarixi: Maarifçilik və inkişafetdirici təlim ideyaları;
  Y.A.Komenski ilk sistemli təlim konsepsiyanın müəllifi kimi;
  Maarifçilik konsepsiyasından inkişafetdirici təlim konsepsiyasına keçid;
  İnkişafetdirici təlim konsepsiyalarının inkişaf istiqamətləri;
  Tərbiyəedici təlim konsepsiyaları;
  Təhsilin psixoloji məsələləri;
  Təlimin inkişafetdirici məqsədi kompyuter inqilabı şəraitində; 
   Müasir təlim konsepsiyaları müstəvisində fənlərin tədrisi metodikasının aktual        problemləri;
  Təlimin təşkili formalarına yeni yanaşmalar;
  İnteraktiv və ənənəvi təlim metodlarının inteqrasiyası;
  Müasir təlim texnologiyaları;
  Ömür boyu təhsil: vəziyyəti və inkişaf perspektivləri; 
         Konfransın şərtləri: 
 -Konfrans ücün məruzə tezisləri 500 sözdən çox olmamaq şərti ilə fevral ayının 15-nə kimi təşkilat komitəsinə göndərməlidir  (Məruzənin adı, açar sözlər və müəllifin adı bura daxil edilmir); 
-Konfransda məruzəçilərə 15 dəqiqə ərzində çıxış imkanı veriləcəkdir.
-Konfransın işçi dili: ingilis, rus və Azərbacan; 
-Konfransın başlanğıcında  məruzə materialları toplu halında iştirakçılara təqdim olunacaqdır; 
-Konfrans bitdikdən sonra bir ay müddətində iştirakçılar məqalələri (10 səhifə həcmində) konfrans təkilatçılarına təqdim etməlidirlər. 
-Məqalələrin Təşkilat Komitəsinin qərarı ilə BDU-nun “Sosial-siyasi elmlər” və Karlova Universitetinin Pedaqoji fakültəsinin jurnalında nəşr edilməsi nəzərdə tutulur. Seçilmiş məqalələrin İmpakt-faktorlu  jurnallarda dərc olunması məsələsinə də baxılacaqdır.
Konfransa təqdim olunan məqalələrin tərtibat qaydaları
1.Məruzənin adı – baş hərflərlə, tünd, şrift 11.
2.Müəlliflərin adı, atasının adı, soyadı, elektron   ünvanı – kiçik hərflərlə, tünd, şrift 11.
3.İşlədiyi təhsil, Elmi-tədqiqat müəssisəsinin adı – adi şriftlə, kursiv, şrift 11
4.Mətnlərin yığılmasıА 4 formatda, yuxarıdan  2,7 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm, şrift 11, interval 1, Times New Roman, 10 səhifə həcminədək-ədəbiyyat sihayısı daxil olmaqla (xülasə şrift 9 ilə). Məqalənin şablonunun elektron faylını konfransın saytında əldə etmək olar.
5.Xülasə mətnin əvəlində (70-80 sözdən çox  olmamaqla), cədvəllər mətnin daxilində verilməlidir.
6.Konfrans materialları ingilis dilində qəbul olunur. Xüsusi hallarda azərbaycan və rus dillərində tərtib olunmuş məqalələrdə Təşkilat Komitəsinin razılığı ilə qəbul edilə bilər.
Məruzələr aşağıdakı ıünvanda qəbul olunur.
Ünvan: Bakı Dövlət Universiteti, 
Əlaqə telefonu:  Mob; 538 40 98
     e-mail:  bsu.pedagogy@gmail.com
Konfrans haqqında əlavə məlumat almaq üçün: educationconf.az
Təşkilat Komitəsi
Back to Top